Azərbaycan Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.
Tribunainfo.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, fərdi təqaüd Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə veriləcək.
Sərəncamda aşağıda adları çəkilən şəxslər qeyd olunub:
Eldarov Ömər Həsən oğlu,
Əliyeva Böyük Xanım Həsənbala qızı,
Həşimzadə Xanlar Allahverdi oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Məlikov Aqil Qədəşbala oğlu
Məmmədəliyeva Sevda Yusuf qızı
Mustafayeva Laləzar Bəşir qızı