backend

Prezident beynəlxalq konfransın iştirakçılarını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşayıb. Bu gün də Azərbaycan dini tolerantlıq ənənələrini davam etdirir”. 

“Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşayıb. Bu gün də Azərbaycan dini tolerantlıq ənənələrini davam etdirir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrikində qeyd edib.

Dövlət başçısı bildirib ki, konfransın Bakıda keçirilməsi ilə doğru ünvan seçilib.

“Azərbaycanda bu səpkidə bir çox beynəlxalq tədbir keçirilib. Bunun davamı olaraq bu il İslam Həmrəyliyi oyunları keçiriləcək. İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır. Ümidvaram ki, bugünkü konfrans da İslam aləminə öz töhfəsini verəcək”, – deyə prezident vurğulayıb.

Təbriki Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla oxuyub. (apa)