Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının dövlət başçısı Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının dövlət başçısı Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
“Report”un məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”