Prezident İlham Əliyev Nizami rayonunda üç orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Hər üç məktəb yeni dərs ili ərəfəsində müasir standartlara cavab verir və zəruri avadnlıqlarla təmin edilib.
Prezident İlham Əliyev Nizami rayonunda üç orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Hər üç məktəb yeni dərs ili ərəfəsində müasir standartlara cavab verir və zəruri avadnlıqlarla təmin edilib.
Prezident İlham Əliyev, əvvəlcə şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, müasir səviyyədə əsaslı təmir olunan bina 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idman və akt zallarından, yeməkxanadan ibarətdir. 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub.
Dövlət başçısı, məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsi olan “Sağlam təhsil” sinifləri ilə tanış olub.
Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol, voleybol və basketbol meydançalarında da əsaslı yenidənqurma işləri görülüb. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
Nizami rayonundakı 10 saylı tam orta məktəb də əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Dövlət başçısına fəaliyyətə başladığı 1979-cu ildən əsaslı təmir işləri aparılmayan məktəb binasında hərtərəfli şəraitin yaradıldığı bildirilib.
Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Prezidenti İlham Əliyev 201 saylı tam orta məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.
Məktəbin həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.