Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub. TİA.AZ-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.