Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir.
Tribunainfo.az xəbər verir ki, Prezident İlham bunu Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edib.
“Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir” – Prezident vurğulayıb.