Prezident: “Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub. 

“Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.

APA-nın məlumatına görə, məktubu müdafiə naziri Zakir Həsənov oxuyub.

Dövlət başçısının məktubunda qeyd olunub ki, bu yarışların Xəzərdə Azərbaycanın ərazi sularında keçirilməsi təsadüfi deyil: “Azərbaycan artıq idman ölkəsi kimi tanınır və bu missiya bu gün də uğurla davam etdirilir. Bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ordu quruculuğu sahəsində qazanılan uğurların nəticəsidir. Mən əminəm ki, bu yarışlar hərbçilərdə həmrəylik hissi oyatmaqla yanaşı yarış iştirakçılarının yadında xoş xatirə kimi qalacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, bu yarışların Xəzər dənizinin sülh, mehriban qonşuluq hövzəsi kimi qalmasına öz töhfəsini verəcək: “İnanıram ki, bu yarışlar səmimi dostluq və qardaşlıq şəraitində keçiriləcək. Bütün komanda üzvlərinə uğurlar arzulayıram. Qoy güclü zəfər qazansın”.