“Azərbaycan Prezidenti Yelisey sarayına açıq dedi ki, Fransa ayağımıza gəlməli və görüş Bakıda olmalıdır. Məncə, dövlət başçısı Makron hakimiyyətinə aydın şəkildə izah edib. Demək istəyib ki, münasibətləri siz korlamısınız, indi də zəhmət çəkib düzəldin. Bunu üçün də Bakıya gəlin, oturub müzakirə edək”.
Bu fikirləri prezidentliyə keçmiş namizəd Fuad Əliyev Tribunainfo.az-a deyib.
Ölkə başçısının yerli televiziyalara müsahibəsində Fransa haqda dediklərinə toxunan F. Əliyev hesab edir ki, Azərbaycan bu soyuqluğun günahkarı olan tərəf deyil. Ekspertin fikrincə, Makron düşmənçilik edir və Ermənistanı yox, Azərbaycanı təcavüzkar adlandırır: “Paşinyanın demədiyini Makron dilə gətirir. Deməli, qərəz və nifrət var. Fransanın heç bir prezidenti Azərbaycana belə münasibət bəsləməyib. Cənab prezident də vurğulayıb ki, onlar bir neçə dəfə dialoqa cəhd ediblər, rəsmi Bakı da bunu xoşməramlı addım kimi qiymətləndirib, amma sonra yenə münasibətləri korlayan bəyanatlar səslənib. Ona görə də indi özləri təşəbbüs göstərməlidirlər ki, Azərbaycanla ünsiyyət qursunlar. Fransa adından danışan Makronun belə nalayiq siyasəti ölkəsinə başucalığı gətirə bilməz. Azərbaycan dövləti də heç bir təzyiqə boyun əyməyəcək. Bunu da bilməlidirlər”.
Roman