Prezident İlham Əliyev Abbas Ələsgərovla bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyev Abbas Ələsgərovla bağlı sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, A. Ələsgərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir.