Fransa prezidenti Fransua Olland və bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinin yüksək səviyyəli məmurları qeyri-rəsmi şəkildə müsəlmanları “neytrallaşdırmaq” ideyasını dəstəkləyib. Fransa prezidenti Fransua Olland və bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinin yüksək səviyyəli məmurları qeyri-rəsmi şəkildə müsəlmanları “neytrallaşdırmaq” ideyasını dəstəkləyib.
TİA.AZ xəbər verir ki, bu haqda jurnalist Vinsen Nuzil “Qaçılmaz səhvlər” adlı kitabında yazır.
Kitabda bildirilir ki, 2015-ci ilin noyabrında Ollanda müsəlmanlarla bağlı məxfi məruzə təqdim olunub: “Onlar dövlət təhlükəsizliyinin təmini üçün terrorçuluqda şübhəli bilinən müsəlmanların məhkəmə qarşısına çıxarılmadan məhv edilməsini istəyirdilər. Prezidentə təqdim olunmuş məruzədə qeyd olunurdu ki, hakimiyyət orqanları və parlament üzvləri məhkəmədən kənar edamlar haqqında müzakirələrdən yayınsınlar”.
Nuzil iddia edir ki, 2015-ci ilin 5 noyabr tarixində Müdafiə Şurasının iclasında terrorçuluqda şübhəli bilinən müsəlmanların Fransa vətəndaşlığının dərhal ləğv edilməsi məsələsi də qəbul edilib.
Olland 2012-ci ildən indiyə qədərki beş il ərzində təxminən 40 qətlə icazə verib.
“Mən deyə bilmərəm ki, hazırda Ollandın birbaşa əmri ilə fransız xüsusi xidmət orqanları cihadçıları neytrallaşdırmaq üçün hansı əməliyyatı keçirir. Lakin hazırda İŞİD-i dəstəkləyən 400-500 Fransa vətəndaşının olduğu deyilir. Olland cihada getmiş 500 fransızı öldürəcəkmi? Belə görünür ki, Fransaya qayıtmaq istəyən cihadda iştirak etmiş fransızların hamısı qətlə yetiriləcək və bunu məhkəmə qərarı olmadan xüsusi xidmət orqanları həyata keçirirlər”, – Vinsen Nuzil bildirir.