Premyer Liqanın debütantı 11 futbolçu ilə müqavilə imzaladı

Premyer Liqanın debütantı 11 futbolçu ilə müqavilə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.

Tribunainfo.az xəbər verir ki, ötən mövsüm 27 qolla Birinci divizionun bombardiri olan Orxan Əliyev, eləcə də komandanın Premyer Liqada vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib.

“Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə – qapıçı Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb. Heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam etdirilir.