Premyer Liqada inqilabi qərar: Limiti pozan cərimələnəcək

Premyer Liqada inqilabi qərar: Limiti pozan cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqada yeni “maaş limiti” qaydası tətbiq oluna bilər.

Tribunainfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasında klubların xərclərini məhdudlaşdıracaq yeni sistem üzərində danışıqlar aparılır. Bu qayda gələn aydan qüvvəyə minə bilər.

Yeni sistemə görə, klubların ümumi maaş və transfer xərcləri üçün təxminən 550 milyon funt limit müəyyən olunacaq. Bu məbləği aşan klublar qaydanı pozmuş sayılacaq və cərimələnəcək.

Qaydanın pozulması halında kluba 6 xal silinəcək, hər əlavə 6,5 milyon funt artıq xərclə isə bir xal da itiriləcək.

Məlumata görə, “Mançester Yunayted” və “Mançester Siti” bu sistemin tətbiqinə qarşı çıxır və bunun liqanı zəiflədə biləcəyini düşünür.

Nihat Kərimli