“Liverpul” İngiltərə Premyer Liqası tarixinin ən bahalı transferini reallaşdırmaq üzrədir.
“Qırmızılar” rekord qiymətə “Brayton”da çıxış edən Moizes Kaisedo ilə müqavilə imzalayıb. Baş məşqçi Yurgen Klopp da futbolçu ilə bağlı açıqlamasında “Brayton”la razılıq əldə olunduğu və danışıqların davam etdiyini bildirib.İngiltərə mətbuatında çıxan xəbərə görə, “Liverpul” bu transfer üçün rekord məbləğ ödəyəcək. Belə ki, klub büdcəsindən 127 milyon avro ayırmağa hazırlaşır. Bu rəqəm reallaşarsa, ekvadorlu yarımmüdafiəçi Premyer Liqa tarixinin ən bahalı transferi olacaq.
Hələlik isə bu sahədə rekord Enzo Fernandezə (121 milyon avro) məxsusdur. “Çelsi” 2022-23 mövsümünün qış transfer dönəmində argentinalı futbolçunu heyətinə qatmışdı.