Premyer Liqa: Ramil Şeydayev və Musa Qurbanlı tarixin ən yaxşı cütləri sırasına düşüb

Premyer Liqa: Ramil Şeydayev və Musa Qurbanlı tarixin ən yaxşı cütləri sırasına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb.

Tribunainfo.az-ın məlumatına görə, onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıblar.

Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.

1. “Neftçi”, 1992 – 65 qol (Samir Ələkbərov (36), Yunis Hüseynov (29))

2. “Neftçi”, 1996/97 – 59 qol (Qurban Qurbanov (34), Samir Ələkbərov (25))

3. “Xəzər” (Sumqayıt), 1992 – 57 qol (Nazim Əliyev (39), Azər İsayev (18))

4-5. “Kəpəz”, 1993/94 – 46 qol (Fazil Pərvərov (27), İmamyar Süleymanov (19))

“Kəpəz”, 1995/96 – 46 qol (Fazil Pərvərov (23), Rövşən Əhmədov (23))

6. “Turan”, 1993/94 – 44 qol (Musa Qurbanov (35), Qurban Qurbanov (9))

7. “Qarabağ”, 2022/23 – 43 qol (Ramil Şeydayev (22), Musa Qurbanlı (21))

8. “Kəpəz”, 1992 – 42 qol (Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12))