«Premium Bank»da problemli kreditlərin həcmi – KƏSKİN ARTDI – RƏQƏMLƏR

«Premium Bank»da problemli kreditlərin həcmi – KƏSKİN ARTDI – RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin ilk rübündə “Premium Bank» da vaxtı keçmiş kreditlərin məbləği kəskin artıb.

Tribunainfo.az bankın hesabatına istinadən xəbər verir ki, 1-ci rübün sonuna bankda vaxtı keçmiş kreditlərin məbləği 6 milyon 238 min manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 935 min manat, yəni 17,6% çoxdur.

Vaxtı keçmiş kreditlərin ümumi portfeldəki çəkisi 1% təşkil edib.

Bunun da 4 milyon 614 min manatı şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, o cümlədən 3 milyon 982 min manatı yaşayış sahəsinin alınması, 1 milyon 625 min manatı digər qeyri-istehsal və xidmət sektorunun, 631 min manatı digər kreditlərin payına düşüb.

Hesabata əsasən, 2024-cü ilin 1-ci rübünün sonunda «Premium bank»ın ümumi kredit portfelinin 35 milyon 759 min manatı qeyri-standart kreditlər olub ki, onun da 31 milyon 876 min manatı qeyri-qənaətbəxş, 114 min manatı təhlükəli 1 milyon 770 min manatı ümidsiz kreditlər olub.

Əvvəlki illə müqayisədə qeyri-standart kreditlərin həcmi 1 milyon 961 min manat (5,8%), qeyri-qənaət-bəxş kreditlər 1 milyon 888 min manat (5,9%), təhlükəli kreditlər kreditlər isə 72 min manat (2,7 dəfə) artıb.