“Premium Bank”ın xalis mənfəəti azalıb

“Premium Bank”ın xalis mənfəəti azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Premium Bank” 2025-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
İqtisadiyyat.az banka istinadən xəbər verir ki, 2025-ci ilin III rübündə “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% azalaraq 9 milyon 92 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 9 milyon 505 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 13.3% artaraq 27 milyon 442 min manat, faiz xərcləri isə 1.5% artaraq 8 milyon 621 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 11 milyon 786 min manata ( illik müqayisədə 7.6% az), qeyri-faiz xərcləri isə 20 milyon 816 min manata ( illik müqayisədə 9.3% çox) bərabər olub.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.9% və ya 18.7 milyon manat artaraq 659 milyon 615 min manata yüksəlib. Cari ilin ilk 9 ayında “Premium Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2.3% və ya 10.9 milyon manat artaraq 477 milyon 536 min manata bərabər olub.

Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 462 milyon 894 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.2% azdır.

Bankda fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.4% və ya 9.9 milyon manat artaraq 302 milyon 41 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 11% və ya 9.4 milyon manat azalaraq 76 milyon 312 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk doqquz ayında 0.2% artaraq 378 milyon 353 manata bərabər olub.

2025-ci il oktyabr ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 10.6% və ya 18.8 milyon manat artaraq 196 milyon 721 min manat təşkil edib.///apa