“Premium Bank“ın sədri vəzifəsindən azad olundu

“Premium Bank“ın sədri vəzifəsindən azad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsas səhmdarı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov olan “Premium Bank”da rəhbər dəyişikliyi olub.

Tribunainfo.az Yurd.Media-ya istinadən xəbər verir ki, “Premium Bank”ın İdarə Heyətinin sədri Kamil Lətifov işindən azad olunub.

Bankdan sorğuya cavab olaraq bildirilib ki, hazirda İdarə Heyətinin sədrinin müavini Mahir Nəcəfov sədr vəzifəsini müvəqqəti icra edir.

Kamil Lətifov “Premium Bank”a 2024-cu ilin yanvar ayından rəhbərlik edib. Maliyyə sektorunda təxminən 18 illik iş təcrübəsinə malik olan K. Lətifov bunun 4 ilini “Premium Bank”da, ondan əvvəl isə “Kapital Bank” və “Bank of Baku” ASC-lərdə də çalışıb. Onun  “Premium Bank”da fəaliyyəti ilə bağlı Yurd.Media-nın “O, banka sədr gələndən sonra…” layihəsi çərçivəsində ətraflı məlumat təqdim olunmuşdu.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 174,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla “VIP Aviation Services” MMC və 0,32 % payla Elvira Əhmədovadır.