“Premium Bank” 9 aylıq hesabatını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bank ciddi zərər içində olduğunu etiraf edib.
Məlum olub ki, III rübdə bankın faiz gəlirləri 24 milyon 222 min manat bərabər olub. Keçən il isə bu 23 998 milyon manat təşkil edib ki, bu da artımın cəmi 222 min manat təşkil etdiyini göstərir.
Bankın qiymətli kağızlardan əldə etdiyi gəlirin də həcmi çox aşağı olub. Belə ki, son 9 ayda «Premium bank» qiyməitli kağızlardan 220 min manat qazanıb.
Amma bankın xərcləri borclarını ödəmir. Bunu rəqəmlərdən də aydın görmək olar. Məsələn, “Premium Bank”ın son 9 ayda faiz gəlirləri 222 min manat olduğu halda, onun faiz xərcləri 9 faiz artaraq, 668 min manata çatıb. Bank bu uğursuzluğunu depozitlərə görə, xərclərinin artması ilə izah edib. Elə buna görədir ki, xərclərini artımı səbəbindən bankın xalis faiz gəlirləri 3% azalaraq 15 milyon 727 min manat olub.
Bundan başqa, bankın qeyri-faiz gəlirləri ilə qeyri-faiz xərcləri də xeyli aşağı düşüb. Məlum olub ki, bankın qeyri-faiz gəlirləri 12 milyon 751 min manat olduğu halda, qeyri-faiz xərcləri 19 milyon 53 min manat təşkil edib. Bu da təxminən 7.7 milyon manatlıq fərq deməkdir.
Yekun olaraq onu da bildirək ki, 3-cü rübün sonuna «Premium Bank»ın cəmi kapitalı demək olar ki dəyişməyib. Cəmi 500 min manat artaraq, 178 milyon manata yaxınlaşıb.
Xatırladaq ki, “Premium Bank”ın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir. Bankı üç əsas şəxsin idarə etdiyi deyilir. Onlar Müşahidə Şurasının sədri Elçin Əhmədov, Müşahidə Şurasının üzvləri Camal Paşayev və Fərhad Baxşəliyevdirlər.