Şəkərli diabet illər ərzində gizli inkişaf edir.
Qanda şəkər normanın yuxarı həddində olsa da insan bunu yoxlamır, fikir vermir.
Yüksək şəkər ilk növbədə damarları sıradan çıxarır.
Tribunainfo.az xəbər verir ki, şəkər olub-olmamağınızdan asılı olmayaraq hər evdə şəkər ölçən cihaz olmalı, zamanla aclıq, toxluq şəkəri ölçülməlidir.
Hansı şəkər norması artıq yüksək hesab edilir.
Barmaqdan alınan aclıq şəkəri 3,5-5,5 millimol olmalıdır. Artıq həkimlər aclıqda 5,5-5,6-nın siqnal olduğunu bildirir. Çünki 5,6- və yuxarı yemək yedikdən sonra olmalıdır.
Əgər acqarına şəkər 5,5-5,6 göstərirsə, bu qlükoza tolerantlığının pozulması, insulin dirənci, preddiabetə işarədir.
Bu diabet olmasa da, ona gedən yoldur.
İnsulinə həssaslıq pozulub, qanda şəkəri isə məhz insulin tənzimləyir.
Belə halda artıq endokrinoloq nəzarətinə keçib, onun diabetə çevrilməsinin qarşısını almaq lazımdır.
Acqarına şəkərin 6,5-i keçməsi artıq diabetdir.
Yadda saxlayın ki, uşaqlar, gənclər və yaşlıların şəkər səviyyəsi bir-birindən fərqlənir.
Əgər siz gecəyarı tez-tez sidiyə çıxırsızsa, şəkəri yoxladın.
Şəkərin normadan 3,5-dən aşağı düşməsi də yaxşı deyil, bu zaman hüceyrələrə şəkər və oksigen çatmır.
Bu zaman zəiflik, başgicəllənmə, ürəkbulanma, qusma, əl-ayağın əsməsi, tərləmə ola bilər.