Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlanıb

Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

Tribunainfo.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun I turunda, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.