Ukrayna təhlükəsizlik orqanları tərəfindən Prezident Pyotr Poroşenkoya sui-qəsd cəhdi ilə bağlı cinayət işi qaldırılıb.
Ukrayna təhlükəsizlik orqanları tərəfindən Prezident Pyotr Poroşenkoya sui-qəsd cəhdi ilə bağlı cinayət işi qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə təhlükəsizlik orqanları informasiya yayıb.
“Ukrayna təklükəsizlik orqanları tərəfindən Cinayət Məcəlləsinin 112-ci maddəsinə əsasən ölkə başçısı Pyotr Poroşenkonun həyatına sui-qəsd iddiası ilə 2 cinayət işi aparılır”, – bəyanatda bildirilib.
Qeyd edək ki, avqust ayının 22-də Ukrayna təhlükəsizlik orqanlarına Pyotr Poroşenkoya sui-qəsd təşkil olunacağı ilə əlaqədar telefon zəngi daxil olmuşdu.