Ukraynanın keçmiş dövlət başçısı Petr Poroşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Tribunainfo.az xəbər verir ki, Poroşenko bu barədə “Əl Cəzirə” kanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Ukraynanın hərbi əməliyyatlarda uğura nail olması zəruridir.
Eks-prezident, həmçinin qeyd edib ki, Ukrayna Avropa İttifaqına üzv olarsa, o, Avropa Parlamentinə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçirilməli idi, lakin ölkə rəhbərliyi hazırda qüvvədə olan hərbi vəziyyət və səfərbərliklə bağlı seçkiləri təxirə salmaq barədə qərar qəbul edib. Ukraynanın hazırkı lideri Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 21-də başa çatır.
Onu da xatırladaq ki, 58 yaşlı P. Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub.