Poroşenko: “NATO-nun üzvü olsaydıq, Rusiya cürət edib Krımı ala bilməzdi”

Poroşenko: “NATO-nun üzvü olsaydıq, Rusiya cürət edib Krımı ala bilməzdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Petro Poroşenko bu gün Ali Radada çıxış edərək Krımla bağlı bəzi məqamlara toxunub.

Aznews.az bildirir ki, o, Krımı nəyə görə saxlaya bilməyəcəklərinin səbəbini də açıqlayıb.

“Mən qəti əminəm ki, əgər Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya heç vaxt cürət edib Krımı ələ keçirə, Donbasa daxil ola bilməzdi. Bizim bu Alyansa və Avropa Birliyinə (AB) daxil olmağımız Rusiya ilə tamamilə əlaqələrimizin kəsilməsi ilə nəticələnək. Onsuz da rəsmi Moskva işğalçı bir dövlət kimi Ukraynanın NATO-ya və AB-yə qəbul edilməsinə veto qoya bilməyəcək.

Yalnız Ukraynanın Avroatlantik məkanına inteqrasiyası bizə sülh, təhlükəsizlik, müstəqillik gətirəcək və nəticədə yoxsulluqdan yaxa qurtaracağıq. Bu yolda biz öz strategiyamızdan geri çəkilməyəcəyik və ölkəmiz mütləq o qurumların üzvü olacaq”, – deyə Poroşenko vurğulayıb.

Xatırladaq ki, dünən Ukraynanın Konstitusiya Məhkəməsi rəsmi Kiyevin Avropa Birliyinə və NATO-ya üzv qəbul edilməsi haqda qanun layihəsini təsdiq edib.