backend

Popkorn bir ailəni övladsız qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşağın ölümü qədər faciəli hal yoxdur.  

Uşağın ölümü qədər faciəli hal yoxdur. Təəssüf ki, Elison və Patrik Lousonlar ailəsi belə bir dəhşətlə qarşılaşmalı olub.

TİA.AZ  interaz-a istinadən xəbər verir ki, Elison ad gününü qeyd edirdi. Hər şey çox gözəl idi: ailə olduqca şən və əyləncəli gün keçirmişdi. Deyilənlərə görə, dəhşətli hadisə əyləncənin başa çatmasına az qalmış baş verib.

“Elisonun ad günü əyləncələrinin bitməsinə az qalmış qızı 3 yaşlı Miranda qaçaraq qonaq otağına gəlib. Uşağın gözləri bərəlsə də, heç nə deyə bilməyib. Vaxt, sanki, dayanmışdı. Elə az vaxt keçmişdi ki, qız döşəməyə yıxıldı”, – deyə şahidlər danışırlar.

Ata övladına ürək masajı etməyə başlayıb. Təcili tibbi yardım gəlsə də, qızcığazın ürəyi fəaliyyətini dayandırmışdı. Ağzında heç nə olmasa da, nəfəs borusunda popkorn parçası ilişmişdi. Bu səbəbdən qız nəfəs ala bilmirdi. Xəstəxanaya yolda tibb işçiləri ürək döyüntüsünü bərpa edə bilib. Lakin o anda heç kəs fəsadların faciəvi olacağını bilmirdi.

Xəstəxanaya gəldikdən sonra həkimlərin apardıqları sınaqlar nəticəsində uşağın beyninin öldüyü aydın olub. Ürək döyüntüsü və nəfəsalma funksiyası isə süni olaraq aparatlar vasitəsilə təmin edilib.

Mirandanın valideynləri bu barədə öyrəndikləri zaman övladlarının öldüyünə inanmaq istəmirdilər. Uzun müddət qızlarının həyatda qalması üçün icazə almaq məqsədilə məhkəmələri gəzsələr də, heç bir faydası olmadı. Uşaq öldü…

İndi valideynlər başqa ata və anaların bu səbəbdən övlad itkisi acısı yaşamamaları üçün bundan xəbərdar olmalarını istəyirlər.