Pompeo İranı “terrorçuluğun böyük sponsoru” adlandırıb

Pompeo İranı “terrorçuluğun böyük sponsoru” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika lideri Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparmağa hazırdır, lakin İran öz kursunu dəyişəcəyinə sadiq olmalıdır.

TİA.AZ “Report”-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo “Metro” TV-yə müsahibəsində deyib.

“Onlar dünyada terrorçuluğu maliyyələşdirən böyük dövlətdirlər. Amerikanın etmək istədiyi məhz budur – İranı bu fəaliyyətindən daşınmağa məcbur etmək. Biz İran rejiminin öz davranışlarında dəyişiklik etməyə nail olmağa çalışırıq”, – deyə diplomat bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, Tramp İranla danışıqlar aparmağa hazırdır.

“Prezident həmişə danışıqlara hazır olduğunu deyib, lakin İranın bu müzakirələrin faydalı olması üçün öz yolunu dəyişəcəyinə sadiq olması vacibdir”, – deyə Pompeo qeyd edib.