Pomidor böhranı – kəndlinin dərdi, istehlakçının yükü — AÇIQLAMA

Pomidor böhranı – kəndlinin dərdi, istehlakçının yükü — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda pomidor bolluğu yaşanır. Rusiya bazarına çıxış imkanlarının məhdudlaşması səbəbindən ölkədə pomidorun əhəmiyyətli hissəsi daxildə qalıb. Bu isə qiymətlərin bazarlarda ucuzlaşmasına gətirib çıxarmaq əvəzinə, paradoks yaranıb. Bəzi marketlərdə pomidor hələ də yüksək qiymətə satılır. Kəndlərdə və rayonlarda, Bakıda marketlərdə pomidorların zibilə atılması, fermerlərin zərər görməsi fonunda paytaxtdakı istehlakçılar bahalı qiymətlərlə üzləşir.

Rusiya bazarına çıxışın məhdudlaşması kənd təsərrüfatı istehsalçılarını hansı iqtisadi risklərlə üz-üzə qoyur?

Gələcəkdə kənd təsərrüfatı məhsullarının ixracında diversifikasiya hansı formada həyata keçirilə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki,
ümumiyyətlə kənd təsərrüfatı sahəsi hər tərəfli risklidir.

G. Hüseynovanın sözlərinə görə, istər iqlim və hava şəraiti, istərsə də bitkiçilikdə müxtəlif xəstəliklər, geosiyasi-iqtisadi baxımdan riskli hesab olunur.
Hal-hazırda bazarda pomidorun qiyməti aşağı, məhsul isə boldur. Məhsulun bol olması təkcə məhsuldarlıqla deyil, Rusiyanın tətbiq etdiyi qadağa ilə əlaqədardır. Təklifin artıq olması da tələb amilinə təsir göstərərək, qiymətin ucuzlaşmasına səbəb olub. Ucuzlaşma əslində əkin sahəsi və ya bazarda görülür. Marketlər şəbəkəsi və mağazalarda isə istehlakçılara bir qədər yüksək qiymətə təklif olunur. Hətta sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən çöllük əraziyə atılır, su hövzələrinə tökülür. Sahibkar onunla əlaqəndirir ki, xərc borcu ödəmir, daxili bazarda alıcısı yoxdur və ya çox ucuz qiymətə təklif olunur. Müxtəlif bəhanələr gətirilir.
Bu kimi hallar əslində ölkədə kənd təsərrüfatının həmçinin də ixracın reallıqlarını göstərir.

İqtisadçı təklif irəli sürərək qeyd edib ki, ilk növbədə ölkə olaraq ixrac potensialımızı genişləndirməliyik. Geosiyasi proseslər və iqtisadi sanksiyalardan dolayı hər an hər şey ola bilər. İlk növbədə vacibdir ki, ticari tərəfdaşlarımızın sayı artsın, alternativ bazar axtarılsın və ya saxlanc anbarları tikilsin. Bunların heç biri olmayanda, məhsul da tarlada çürüyür. Ən yaxşı halda da paytaxt Bakıda baha qiymətə təklif olunur. Bundan əlavə, pomidorun qiyməti ucuzlaşıb. Yəni, məhsulun maya dəyəri ucuz başa gəlib. Tomat, pomidor turşusu və ya konservantların qiymətində hər hansısa bir endirim varmı və ya olacaqmı? Əlbəttə ki, xeyr. Burada zərərə məruz qalan da kəndli və sahibkardır.
Məsələnin digər tərəfi kəndli, sahibkar məhsulun sahədə qalmasından şikayətlənir. Dövlət dəstəyi tələb edir. Kəndli, sahibkar məhsulu daxili bazara çıxarmadan birbaşa ixrac edib xarici valyuta ilə qazanıb daxili bazarda qıtlıq və qiymət artımı yaradarkən gəlir vergisi verirdimi?
Bu kimi halların yaşanmaması üçün qarşılıqlı anlaşma çərçivəsində işlər görülməlidir. Yəni, bütün bunların hamısının qeydiyyatı aparılmalıdır. Bu gün şəxs nə qədər ixrac etdi, nə qədər daxili bazara çıxardı və ya saxlanc anbarında nə qədər məhsulu var mənfəəti və ya zərəri nə qədərdir, dövlətdən hansı formada və ya miqdarda yardım alıb.

Rusiya bazarına çıxışın məhdudlaşdırılması və iqtisadi risklərə qaldıqda əgər geosiyasi proseslər orta və ya uzun müddətli davam edəcəksə, növbəti il üçün artıq pomidor deyil, başqa məhsul əkiləcək. Tələbata uyğun olaraq.. Bu da təbii ki, qiymətə öz təsirini göstərəcək.

Dəniz Pənahova