Polşanın baş naziri Rusiyanı əsas təhlükə adlandırıb

Polşanın baş naziri Rusiyanı əsas təhlükə adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa üçün hazırda ən böyük təhlükə mənbəyi Rusiyadır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Davos Beynəlxalq İqtisadi Forum çərçivəsində “Politico” nəşrinə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

“Rusiyadan gələn təhlükəni mən bu cür qəbul edirəm”, – deyə baş nazir “Polşa üçün ən böyük təhlükə nədir?” sualına cavabında bildirib.

Qeyd edək ki, Mateuş Moravetski bu il dekabrın 11-dən Polşa Nazirlər Kabinetinə rəhbərlik edir.