Polşalı keçmiş futbolçu: “Qarabağ” evində yaxşı oynayır, amma möcüzə ola bilər”

Polşalı keçmiş futbolçu: “Qarabağ” evində yaxşı oynayır, amma möcüzə ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa millisinin sabiq futbolçusu Radoslav Kalujnı Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”un (Polşa) “Qarabağ”ı məğlub etdiyi (3:2) oyunla bağlı fikirlərini bildirib.

Veteran oyunçu məğlubiyyətə baxmayaraq, Azərbaycan təmsilçisinin yaxşı oynadığını söyləyib:

“Qarabağ”ın bu qədər yaxşı oynayacağını gözləmirdim. Tərkibi çox dəyişib, buna baxmayaraq, çıxışları xoşuma gəldi. “Rakuv” da qorxmadı, bərabər səviyyədə oynadı. Buraxılan iki qol lazımsız idi”.

R.Kalujnı cavab matçından gözləntilərini bölüşüb:

“Gizlədəcək bir şey yoxdur. “Qarabağ” evində yaxşı oynayır, amma möcüzə ola bilər. “Rakuv”a uğurlar arzu edirəm. “Qarabağ” kimi komandanı keçmək futbolumuz üçün yaxşı olardı”.

Qeyd edək ki, “Qarabağ”ın “Rakuv”la cavab oyunu avqustun 2-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Mənbə: one.pl