“Polşa səfirliyindən viza ilə bağlı müraciət edənlərin viza verilişi müvəqqəti dayandırılıb” kimi başlıqlar Polşa mediasında gündəmini zəbt edib.
Tribunainfo.az bu məsələ ilə bağlı Polşa Azərbaycanlıları Birliyinin fəxri sədri Cavid Zeynalovun açıqlamasını təqdim edir:
“Son günlər belə başlıqlar Polşa mediasında geniş yayılıb. Buna səbəb Polsa səfirliyinin bir çox müraciət edən xarici vətəndaşlara 5000 $ müqabilində şengen vizası vermələri iddiasıdır. İddialara görə, 2021-ildən bu yana 250.000-dən çox insan 5000 $ müqabilində şengen vizası əldə edərək Meksikaya, daha sonra isə ABŞ-a daxil olmaq üçün Polşanın çoxdəfəlik vizalarından istifadə ediblər. Polşa Xarici İşlər Nazirliyi xarici şirkətlərlə vizaların rəsmiləşdirilməsinə kömək etmək üçün bağladığı bütün müqavilələri ləğv edib və dünya üzrə bütün səfirliklərinə audit yoxlaması aparılacağını açıqlayıb”.
C. Zeynalov bildirib ki, bir neçə il öncə buna oxşar söhbətlər Polşa Respublikasının Bakıda yerləşən səfirliyi haqda da gəzirdi:
“Hətta bununla bağlı istintaqa dəvət olunma halları barədədə də yazılırdı. Bizim üçün önəmli olan vətəndaşlarımızdır. Minlərlə vətəndaşımız iş və təhsil üçün Polşaya üz tutur. Önəmli olan onlardır. Ümid edirəm, çirki işlərdə əli olan diplomatik korpus nümayəndələri lazımi cəzalarını alacaqlar”.
C.Zeynalovun sözlərinə görə, Avropa Birliyi Polşanın hakim partiyasına yayılan iddialara cavab verməsini tələb etsə də, Polşa rəsmiləri bunu cəfəngiyat adlandırır.
C.Zeynalov həmçinin qeyd etdi ki, Azərbaycanda bugünədək ən yaxşı işləyən səfirliklər Almaniya, Fransa və Litvadır. Bu 3 ölkənin səfirliklərində indiyənəcən heç bir nöqsan görülməmişdir.