Polşada Rusiya casus şəbəkəsi – Daha bir həbs

Polşada Rusiya casus şəbəkəsi – Daha bir həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Polşanın daxili təhlükəsizlik orqanları Rusiya kəşfiyyatında işləyən Belarus vətəndaşını saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Onet” nəşri Polşa xüsusi xidmət orqanlarının məlumatlarına istinadən yazıb.
“Avqustun 1-də saxlanılan şəxs Belarus Respublikasının 39 yaşlı vətəndaşı Mixail A.-dır. O, Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən cinayətkar qrupun tərkibində fəaliyyət göstərən bir şəxsdir”, – məlumatda deyilir.Saxlanılan şəxs 2008-2010-cu illərdə Moskvada işləyib, sonra Sankt-Peterburqa köçüb. 39 yaşlı kişi Rusiyada 6 il cəza çəkib və 2021-ci ildə Polşaya gəlib.
Qeyd edək ki, bir qədər əvvəl Daxili İşlər Nazirliyinin rəhbəri və Polşa Kəşfiyyat Xidmətlərini əlaqələndirən nazir Mariuş Kaminski martın 16-da Daxili Təhlükəsizlik Agentliyinin Rusiyanın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsini sıradan çıxardığını açıqlayıb. Bu əməliyyat çərçivəsində 9 nəfər saxlanılıb.
Mart ayında daha sonra Polşada bu şəbəkənin ifşa etdiyi casusların növbəti həbsləri baş verdi. Xüsusilə, iyunun 30-da Polşada rusiyalı xokkeyçi casusluqda şübhəli bilinərək saxlanılıb .