Polşada mindən çox şəxs Ukraynada döyüşmək üçün müraciət edib

Polşada mindən çox şəxs Ukraynada döyüşmək üçün müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşadakı “Ukrayna legionu”na mindən çox müraciət edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasil Bodnar “Suspilne” nəşrinə müsahibəsində bildirib.
O deyib ki, noyabrda ilk müqavilələr toplusu imzalanıb və ilk Ukrayna bölməsinin formalaşdırılması baş tutub. “Növbəti rekord yanvarın 10-na planlaşdırılır. Nazirliyin tələbi ilə qapalı məlumat kimi saxlanıldığı üçün rəqəmi indi demirəm. Ümumilikdə, hazırda müvafiq komissiya tərəfindən baxılan mindən çox müraciətimiz var ki, bu rəqəm daim artacaq”.