Polşa Senatı Ukraynadakı “Qolodomor”un 85-ci ildönümü haqqında qərarı yekdilliklə qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənəddə Polşanın on il əvvəl “Qolodomor”un soyqırımı kimi tanınması haqqında Ukrayna Ali Radasının qəbul etdiyi qərar təsdiq olunur.
Ukraynanın Varşavadakı səfiri Andrey Deşitsa bununla bağlı özünün “Twitter” səhifəsində yazıb: “Bu qərarın məhz Ləyaqət və Azadlıq Günündə qəbul edilməsi xüsusilə əlamətdardır. Faciə qurbanlarının xatirəsini andığına, dəstək və həmrəyliyə görə polyak dostlarımıza minnətdarıq”.
Senatın qərarında qeyd olunur ki, “Qolodomor” haqqında həqiqətlərin Avropada yayılması kommunist ideologiyası və totalitarizmin törətdiyi fəsadları daha yaxşı anlamağa kömək edəcək.
“Qolodomor” – Ukrayna dilindəki iki sözdən (“aclıq” və “öldürmək”) əmələ gəlib. 1932-1933-cü illərdə sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırımı aktıdır.