Polşa İkinci Dünya Müharibəsinə görə Almaniyadan təzminat tələb edir.
Polşa İkinci Dünya Müharibəsinə görə Almaniyadan təzminat tələb edir.
Polşa iqtidarında olan Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski ölkəsinin İkinci Dünya Müharibəsində nasist orduları tərədindən itkilər verdiyini və bu səbəbdən Almaniyadan maddi təzminat tələb edildiyini deyib.
“Müharibə zamanı Hitler əsgərlərinin Polşaya hücumu, daha sonra SSRİ-nin müdaxiləsi nəticəsində ölkə müstəqilliyini itirib. Ölkənin sənayesi darmadağın edilib. Polşa müharibə və düşərgələrdə 6 milyon insan itirib”.
Polşa lideri Kaçinsi itkilərin səbəbkarı kimi Almaniyanı göstərir. Almaniya isə bu iddiaları rədd edir və bildirir ki, məsələ beynəlxalq səviyyədə çoxdan həll olunub. Lakin Polşa höküməti bu işi sonacan davam etdirəcəyin bəyan edib. Kaçinski qeyd edib ki, bu, ölkə cəmiyyəti üçün şərəf məsələsidir.