Polşa Müdafiə Nazirliyi: “Leopard” tankları Ukraynadadır”backend

Polşa Müdafiə Nazirliyi: “Leopard” tankları Ukraynadadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna artıq ilk “Leopard 2” tanklarını alıb”.

Bunu Polşanın müdafiə naziri Mariuş Blaşak ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında deyib.

Öz növbəsində, Polşa hökumətinin nümayəndəsi Pyotr Müller də “Twitter”də bildirib ki, ilk “Leopard”lar Ukraynaya baş nazir Mateuş Moravetskinin Kiyevə getdiyi gün çatıb.

Xatırladaq ki, yanvarın 25-də Almaniya “Leopard 2” tanklarının Ukraynaya tədarük edildiyini və digər ölkələrə onların təkrar ixracına icazə verdiyini açıqlamışdı. Artıq Polşadan başqa, ABŞ, Böyük Britaniya, Norveç, Finlandiya, İspaniya, Slovakiya və Fransa Ukrayna Silahlı Qüvvələrini müxtəlif tipli tanklarla təmin etmək niyyətlərini bəyan ediblər. Ümumilikdə tank koalisiyasına ən azı 12 ölkə daxildir, lakin onlardan bəziləri yalnız döyüş sursatı və ehtiyat hissələri ilə kömək etməyə hazırdır.

Qərb müttəfiqlərindən ilk yardım dalğasında Ukrayna 120-140 müasir tank alacaq.

Mənbə: Wydarzenia