Polşanın İqlim və Ətraf Mühit naziri Anna Almaniyanın Polşaya göndərdiyi 35 min ton zibilin təmizlənməsindən yayındığına görə Avropa İttifaqı Ədalət Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Polşanın İqlim və Ətraf Mühit naziri Anna Moskva radioda qonaq olduğu bir proqramda Almaniyanın Polşaya göndərdiyi 35 min ton zibilin təmizlənməsindən imtina etdiyi üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Polşanın 7 fərqli bölgəsinə göndərilən 35 min ton zibilin təmizlənməsindən çəkindiyini ifadə edən Moskva, bu həftə məsələni Avropa Birliyinin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsinə daşıyacaqlarını bildirib.
Xatırladaq ki, Polşanın İqlim və Ətraf Mühit Nazirinin müavini Jacek Ozdoba keçən may ayında Almaniya ilə bağlı hesabat hazırlayacaqlarını açıqlamışdı.