Polomeh: “Zəngəzur dəhlizi reallaşarsa, yüklər İrandan keçməyəcək”

Polomeh: “Zəngəzur dəhlizi reallaşarsa, yüklər İrandan keçməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyirmi il əvvəl Qazaxıstanda zirvə toplantısı keçirildi və orada Amerika Ticarət Palatası Avrasiya Dəhlizinin yaradılmasını təklif etdi”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri İran Gəmiçilik Assosiasiyasının baş katibi Məsud Polomeh deyib.
Onun sözlərinə görə, ABŞ-ın həmin dəhlizdə maraqları qeyri-iqtisadi və qeyri-xalq məqsədi daşıyıb. “20 ildən sonra bu gün Zəngəzur dəhlizində də Amerikanın eyni hərəkətini görürük”.
Polomeh onu da deyib ki, Zəngəzur dəhlizi reallaşarsa, Orta Asiyaya gedən yük maşınları İran üzərindən keçməyəcək. “Nəticədə ölkəmiz iqtisadi və ticarət diplomatiyasında sövdələşmə gücünə malik olmayacaq. Türkiyə ilə sövdələşmə gücünü itirəcəyik. Çünki Türkiyə ilə iqtisadi maraqlarımız olmayacaq və təbii ki, Türkiyə İranla qazan-qazan danışıqlarına girməyəcək”.

Fərda Uğur