ABŞ və İran arasında əsas problemlərin həll olunması ilə bağlı suallara cavab vermək çox çətindir.
ABŞ və İran arasında əsas problemlərin həll olunması ilə bağlı suallara cavab vermək çox çətindir.
TİA.AZ xəbər verir ki, bu iddia ilə ABŞ-ın Yaxın Şərq siyasəti üzrə institutunun eksperti Devid Polok söyləyib. Amerikalı ekspertin fikrincə, ABŞ-ın İran siyasəti bölgədə yaranacaq yeni problemlər üzərində formalaşacaq:
“Gələcəyin əsas problemləri regional məsələlər, İran-İsrail münasibətləri olacaq. Lakin İranın taleyinin müəyyənləşdirilməsində İsraillə münasibətlər həlledici olmayacaq. Hazırkı İsrail hakimiyyəti də İrana münasibətdə daha səbirli mövqe tutmağa başlayıb. İsraildə ümid edirlər ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın İranla bağlı mövqeyi dəyişəcək. Hələlik isə heç kim Trampın məhz nəyi dəyişdirməli olduğunu anlamır. Regionun digər problemləri İŞİD, Fars körfəzi və Türkiyə olacaq. Ola bilsin ki, İraqda yeni konfliktlər meydana gələcək. Ona görə ki, sünnilər şiələrin hökmran olduqları dövlətdə yaşamayacaqlar. ABŞ artıq Suriyanı bütöv dövlət kimi görmək istədiyini bəyan edib, amma gələcəkdə Vaşinqton Suriyanın federallaşması ilə razılaşmalı olacaq. Vaşinqton hazırda Yaxın Şərqdə yeni hərbi konfliktlərdən qorxur və bunun üçün İranla razılaşmağa da hazırdır. Yaxın Şərqdə həmçinin yeni böyük konflikt də start götürə bilər. Bu konflikt kürdlərin Türkiyə hökumətinə qarşı fəaliyyəti ola bilər. İranın bu situasiyada necə davranacağı hələ də bilinmir. Tehranın aydın olan yeganə siyasəti onun Cənubi Qafqaza münasibətidir. Bu mövqe, xüsusilə, Ermənistan-Azərbaycan konfliktində özünü göstərir. İran çalışır ki, hər iki tərəfin mövqeyinə cavab verən siyasət yeritsin, amma istənilən halda gələcəkdə Tehran Ermənistanın yanında yer alacaq”.