Polkovnikə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

TİA.AZ-ın verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnik rütbəsindən azad olunub. 

Həmçinin, V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilən Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Şərifzadə küçəsindəki mənzili, ümumi dəyəri 1 milyon 277 min manat olan əmlakları müsadirə edilib.