Polkovnik Xəlilov ermənilərə: “Əmin olun ki, bayrağımız Şuşada dalğalanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıdan həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə, həm BMT-yə mesaj göndərdi ki, məsələlərə ikili standartlarla yanaşmaq doğru deyil”. 

“Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıdan həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə, həm BMT-yə mesaj göndərdi ki, məsələlərə ikili standartlarla yanaşmaq doğru deyil”.

Bu fikirləri AzVision.az-a Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik vurğulayıb ki, BMT-nin işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz boşaldılmasına dair 4 qətnaməsi hələ də yerinə yetirilməmiş qalır:

Cocuq Mərcanlıdan verilən digər bir mesaj isə işğalçıya ünvanlandı. Bu, odur ki, erməni işğalçıları bilməlidirlər ki, gec-tez işğal etdikləri Azərbaycan torpaqlarından getməlidirlər. Azərbaycan ordusu güclənir, əsgərlərimizin mənəvi-psixoloji durumu yüksəkdir. Ona görə də ordumuz gec-tez erməni işğalçılarını torpaqlarımızdan çıxaracaq. Amma, hələ şansları var ki, sakit şəkildə işğal etdikləri torpaqlarımızı boşaltsınlar. Bunu Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıdakı çıxışında da vurğuladı”.

C.Xəlilov bildirib ki, aparıcı dövlətlər Ermənistana işğala son qoyulması üçün təzyiq göstərməlidir: “Bu gün Ermənistanda Xocalıda soyqırım törətmiş, Qarabağın işğalında iştirak etmiş şəxslər rəhbər vəzifələr tutur, beynəlxalq tribunalardan çıxışlar edirlər. Aparıcı dövlətlər Ermənistana sanksiyalar tətbiq etməlidirlər. Beynəlxalq tribunalardan çıxışlar etməyə imkan verilməməlidir”.

Polkovnik qeyd edib ki, Cocuq Mərcanlıda abadlıq işlərinin aparılması, sakinlərin ora geri qayıtması, onlar üçün sosial şəraitin qurulması təsadüfi deyil: “Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həm ordumuzun güclənməsinə, həm də əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Bir sözlə, Azərbaycanda vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Erməni işğalından azad edilmiş yaxın kəndlərin abadlaşdırılır, Cocuq Mərcanlı yenidən bərpa olunur. Erməni təcavüzünə məruz qalan Cocuq Mərcanlı darmadağın edilmişdi. Hazırda kənd yenidən bərpa olunub. Yüksəkliklərdə nəzarəti yenidən ələ keçirən ordumuz Cocuq Mərcanlı sakinlərinin təhlükəsiz yaşayışını təmin edib. Cocuq Mərcanlının abadlaşdırılması təsadüfi deyil. Bu, bir mesajdır ki, erməni işğalçıları tərəfindən dağıdılan bütün ərazilər bərpa olunacaq, sakinlər öz torpaqlarına geri qayıdacaqlar, bayrağımız Şuşada, Xankəndində dalğalanacaq. Buna həm Azərbaycan xalqı, həm dünya ölkələri, həm də işğalçı Ermənistan əmin olsun”.