POLİTOLOQLARDAN SEÇKİ ŞƏRHİ… “İKİNCİ TURUN DA QALİBİ…”backend

POLİTOLOQLARDAN SEÇKİ ŞƏRHİ… “İKİNCİ TURUN DA QALİBİ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyanın gözü hazırda Türkiyədədir. Seçkinin ilkin nəticələrinə əsasən heç bir namizəd böyük fərqlə səs toplamayıb. İşin birinci turda bitməsi ehtimalı olmadığı üçün ikinci tura gediləcək. Türk xalqı mayın sonlarında ölkə rəhbəri seçimi üçün növbəti dəfə seçkiyə gedəcək.

Tribunainfo.az xəbər verir ki, seçkilər Azərbaycanda da yaxından və diqqətlə izlənilir. Politoloqlar seçki ilə bağlı maraqlı analizlər aparır.


Analitik Zaur Məmmədov Türkiyə seçkilərini bu sözlərlə dəyərləndirib:

“Seçkilər, seçicilərin məsuliyyəti bunu sübut elədi:
– İç Anadolu hakim partiyaya səs verdi.
– Diyarbakır və ətraf rayonlar son 20 ildə ilk dəfə Ərdoğanın rəqibinə səs verdi.
– parlament seçkilərində “yaşıl sol” partiyasının nəticələri CHP nin lehinədir.
– AKP gözlənildiyindən də irəli gedərək parlament seçkilərində böyük uğur əldə etdi.
-Əgər ikinci tur olarsa, qərbi azərbaycanlı Sinan Oğana səs verənlər seçkilərin aqibətini həll edəcəklər”.

Real Partiyasının üzvü Natiq Cəfərli hesab edir ki, ikinci tur ehtimalı yüksəkdir:

“Seçkiləri Erdoğan öz rəqibindən 6-8% arası öndə bitirəcək. İkinci turda olsa əsas məsələ Sinan Oğan seçməni olacaq – Sinan bəy “açar fiqur”, bloklayıcı azlıq ola bilər, bu da seçkilərin böyük sürprizidir. Oğanın seçicisi millətçi kəsimdir, 2-ci tur olsa AKP-yə üz tutması böyük ehtimaldır”.

Politoloq Şahin Cəfərli hesab edir ki, hələ yekun nəticələr bəlli deyil, lakin Ərdoğan ilk turu 49%-lə öndə tamamlayarsa, ikinci turda qələbə ehtimalı yüksək olacaq:

“Hətta Sinan Oğan Kılıçdaroğluna dəstək versə belə, müxalif seçicilərin hamısını motivə edib, təkrar məntəqələrə aparmaq asan iş deyil”.

Siyasi şərhçi Asif Nərimanlı da bildirib ki, ilkin nəticələr işin birinci turda bitməsi ehtimalını aktual olaraq saxlayır:

“Seçki ikinci tura qalarsa belə, Cümhur ittifaqının parlamentdə üstünlüyü yenidən qazanmaı seçkini qazanması deməkdir”.