Xəbər verdiyimiz kimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən Türkiyənin çağırışı ilə təşkilatın Qüds probleminə həsr olunmuş fövqəladə toplantısı başlayıb Xəbər verdiyimiz kimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən Türkiyənin çağırışı ilə təşkilatın Qüds probleminə həsr olunmuş fövqəladə toplantısı başlayıb. Politoloq Elxan Şahinoğlu TİA.AZ –a açıqlamasında bildirib ki, Rəcəb Təyyub Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verdi, artan emosiyalar fonunda bu gözlənilən idi: “Ancaq “ərəb dövlətləri dura-dura İslam Əməkdaşlıq Təşkilatının İstanbulda təcili toplantıya çağrılmasının Türkiyəyə nə xeyri var” sualı da az aktual səslənmir. Səudiyyə Ərəbistanından səs çıxmır, bir neçə başqa ərəb ölkəsinin rəsmisi də İstanbuldakı toplantıya qatılmadı. Üstəlik, Kremldən açıqlama verildi ki, Qüds məsələsində Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarından fərqli düşünür.Buna baxmayaraq, Ərdoğan İslamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan sulamaq istəyir.
Tamam hər ikisi haqsızdır, ancaq siyasi hərarəti artırmağın, “Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram” ideyasının zorla dünya dövlətlərinə qəbul etdirilməsinin yeri yoxdur. Bir az keçəcək Türkiyə meydanda tək qalacaq, Trampın Qüds qərarı arxa plana keçəcək, ancaq Ərdoğanın sərt ritorikası unudulmayacaq. Ərdoğan Azərbaycanın da təhlükəsizlik maraqları ilə hesablaşmalıdır. Biz oturduğumuz yerdə İsraillə düşmən ola bilmərik. Bəli, biz İsrail-Fələstin münaqişəsiylə bağlı BMTqətnamələrinin yerinə yetirilməsini tələb edirik, Trampın Qüds qərarını tənqid edirik, ancaq Bakı bəlli səbəblərdən (silah və neft alqı-satqısı) İsrailə qarşı ritorikasını sərtləşdirə də bilməz.”
Nüşabə