POLİTOLOQ:”2 İŞİD MÖVCUDDUR…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki İŞİD mövcuddur. Biri Suriya və İraqda vuruşanlardır, digərləri dünyanın bütün ölkələrində mövcud olanlardır. 

İki İŞİD mövcuddur. Biri Suriya və İraqda vuruşanlardır, digərləri dünyanın bütün ölkələrində mövcud olanlardır.

Bu sözləri politoloq Elxan Şahinoğlu dünyada baş verən terror hadisələrində əli olan İŞİD haqqında deyib.

 “İkincilər birincilərdən az təhlükəli deyillər. İkincilərin çoxu heç Yaxın Şərqdə olmayıb, Suriya və İraqda savaşmayıblar. Onların beyni uzaq məsafədən zəhərlənib, dünənin normal gənci internet vasitəsilə bu günün terrorçusuna çevrilib. London və Mançesterdə, o cümlədən Sankt-Peterburda terror törədən kamikadzelərin biri də Suriya və İraqda olmayıb, sadəcə beyinləri zəhərlənib və düyməyə basıblar. Birincilərin ümidi ikincilərdir. Birincilər artıq Suriya və İraq ərazilərini tərk edə bilməyəcəklər, vətəndaşıqlardan da məhrum ediliblər. İkincilər birincilərdən aldıqları təlimat əsasında dünyanın qalan hissəsini terrora qərq etməyə boyun olublar”.

İlahə