POLİTOLOQ: “TÜRKMƏNLƏRİ BİZ TƏRƏFƏ ÇƏKMƏK LAZIMDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü keçirilir. 

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü keçirilir.

Politoloq Zaur Məmmədov TİA.AZ-a görüşün əhəmiyyətindən danışıb:

“Soyuqqanlı düşünərək, bəzi qonşularımızla var – gücümüzlə diplomatiyanı işə salaraq, onları müxtəlif layihələrə cəlb etmək zəruridir. Tezliklə Türkmənbaşının Bakıya səfər edəcəyi gözlənilir. Bildiyimiz kimi, Türkmənistanın eks- prezidentinin dövründə iki ölkə arasında münasibətlər ürəkaçan deyildi. Lakin indi vəziyyət dəyişib. Türkmənistan Avropanın enerji siyasətində tərəddüdlərə malikdir. Geosiyasi cəhətdən ciddi manevr imkanlarına malik olmayan Türkmənistan bu məsələde kifayət qədər ehtiyatlı davranır. Lakin Aşqabad özü bu layihələrdən milyardlar əldə edə bilər. Türkmənistanı özümüzə doğru çəkməklə, Azərbaycanın da enerji layihələrində iştirak etməsi, eləcə də türkmən qazının Azərbaycan vasitəsi ilə Avropaya ötürülməsi çox vacibdir.  Bu kəmərləri daha rentabelli edərək, regionun Avropanın enerji təhlükəsizliyində çəkisini daha da qaldıracaq. Lakin düşünürəm ki, bu məsələyə dövlət başçıları arasında görüşdə aydınlıq gətirilə bilinər”.

Xatırladaq ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.
29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.
28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

İlahə