POLİTOLOQ: “TEZİSLƏR KREMLƏ MESAJ MAHİYYƏTİ DAŞIYIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Rəsmi Bakının Rusiya ilə münasibətlərinin arxa planında canlanma var” 

 “Rəsmi Bakının Rusiya ilə münasibətlərinin arxa planında canlanma var”.

TİA.AZ xəbər verir ki, bu sözləri  politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan rəsmiləri ard-arda Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verirlər:

“Bu müsahibələrin alt qatlarında həm Rusiyanın Azərbaycana hansı yolla təzyiq etdiyi, torpaqların geri qaytarılmasına Moskvanın necə əngəl olduğu, həm də qonşu dövlətin maraqlarının nəzərə alındığına dair maraqlı məqamlar var.

Müsahibələrdəki tezislərin əksəriyyəti Kremlə mesaj mahiyyəti daşıyır. Həmin mesajların cəmini belə oxuyuram: “Biz Sənin maraqlarını nəzərə alırıq, hətta “hücumu dayandır” dedikdə işğalçıya qarşı uğurlu gedən döyüşü dayandırırıq, başqa istəklərini də nəzərə almağa hazırıq, ancaq bunun müqabilində Sən də bizim maraqları nəzər al”. Nəzərə alacağını zənn etmirəm. Uzaq və yaxın tarix Rusiyanın Azərbaycanın milli və təhlükəsizlik maraqlarını nəzərə aldığını göstərmir”.


İlahə