POLİTOLOQ: “RUSİYA YARIMCAN HALA DÜŞƏ BİLƏR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu sanksiyalar Amerikanın tətbiq edəcəyi sanksiyaların tam siyahısı deyil, yalnız bir hissəsidir. Amma çox təhlükəli sanksiyalardır”. 

 “Bu sanksiyalar Amerikanın tətbiq edəcəyi sanksiyaların tam siyahısı deyil, yalnız bir hissəsidir. Amma çox təhlükəli sanksiyalardır”.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli TİA.AZ-a ABŞ prezidenti Donald Trampın  Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə imzaladığı qanuna münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, xüsusən Rusiya üçün bu sanksiyalar təhlükəlidir.

“Çünki Rusiya üçün nəzərdə tutulan sanksiyalar Rusiyanın dağ-mədən sənayesini və neft- qaz çıxarma sənayesini hədəfləyən bir sanksiyalardır və bu nəticə etibarı ilə Rusiyanın iqtisadi cəhətdən çökdürülməsinə hesablanıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi bildirib ki, biz Rusiyaya əzab verə-verə onu diz çökməyə məcbur edəcəyik. Yəni bu sanksiyaların xarakteri belədir ki, Rusiyanı iqtisadi cəhətdən zəiflədərək, onun daxilində analoji meyllərin daha da gücləndirilməsinə yönəldilib”.

Politoloq İran və Şimali Koreya üçün nəzərdə tutulan sanksiyalar haqqında da öz fikrini bildirdi:

“Şimali Koreya üçün nəzərdə tutulan sanksiyalar son nəticədə bura  raket zərbələrinin endirilməsi ilə başa çata bilər. Çünki Trampın dünənki çıxışında birmənalı qaydada bildirildi ki, Şimali Koreyanın indiki hərəkətləri və xüsusilə onun siyasi rəhbərliyi beynəlxaq münasibətlərdə çox davakar mövqe sərgiləyir və hadisələrin gedişini düzgün qiymətləndirmək bacarığına malik deyillər. Bu səbədən də artıq Cənubi Koreyada ABŞ-ın xüsusi raket əleyhinə müdafiə sistemləri qurulub. Üstəlik ABŞ-ın bir sıra bəzi atom sualtı qayıqları və eləcə də hərbi dəniz qüvvələrinin bir çox gəmiləri Şimali Koreyaya doğru hərəkət götürüb. Zənnimcə, Şimali Koreya hadisələri operativliyinə görə, daha tez həll edilməsi nəzərdə tutulan məsələlər sirasına daxildir. Amma Rusiya və İran sanksiyaları daha uzun müddət bir il və üzücü xarakter daşıyan sanksiyalar sırasına daxildir. Son nəticə etibarı ilə bu dövlətlərin iqtisadi inkişafının ləngidilməsi daxildə iqtisadi proseslərin depresiyyaya dönüşməsi və nəticə etibarı ilə əhalinin sosial etirazlarının güclənməsinə hesablanmış sanksiyalardır”.

Rusiya Gürcüstan münasibətlərinə gəldikdə isə politoloq vurğulayır ki, Rusiya artıq Amerikanın diplomatik personalının böyük hissəsini 755 nəfəri ölkədə non-qrat – “arzuolunmaz şəxs” elan edib: “Rusiya Gürcüstanın Cənubi Osetiya istiqamətində sərhədi 1 km irəli çəkdi. Bu zaman Bakı-Supsa neft kəmərinin bir hissəsi rusların nəzarəti altına düşdü. Rusiya çox təhlükəli addım atır. Bundan sonra atacaqları addım mənim zənnimcə, artıq müharibə deməkdir. Bu, artıq NATO-yla iri miqyaslı qarşıdurma deməkdir. Hər halda Rusiyanın beynəlxalq aləmdə etibardan düşməsi və onun sözlərinə daha heç kimin inanmaması prosesi başlayıb. Ona görə də yanlış bir addım Rusiyaya qarşı başqa addımların atılmasına gətirib çıxara bilər. Hələ ki, məsələlər sanksiya istiqamətində gedir və Rusiyanın beynəlxalq bank əməliyyatı sistemində SWIFT  pul köçürmələrinin də nəzərdə tutulan bank sistemindən çıxarılması məsələsi gündəmdədir. Bu artıq Rusiyanın bütün maliyyə sisteminin, maliyyə bazarlarının çökməsi anlamına gələ bilər. Beləliklə, Rusiya yarımcan hala düşə bilər”.

İlahə