POLİTOLOQ: “Rusiya bu tip razılaşmalarla Ermənistanı daha sıx özünə bağlayır “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək.
 Xəbər verdiyimiz kimi Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək. Politoloq Şahin Cəfərli  bu məsələ ilə TİA.AZ-a belə bir açıqlama verib: “Bilirsiniz ki, ötən ilin aprel döyüşlərindən sonra Rusiya Ermənistana eyni məqsədlə 200 milyon dollar vermişdi. Bu kredit razılaşması həyata keçirildi, indi yəqin Ermənistan ordusunun silahlanma səviyyəsinə görə hələ də Azərbaycandan geri qaldığını düşündükləri üçün paritet yaradırlar, yaxud Ermənistan bu cür düşündüyü üçün paritetə nail olmaq istəyir. Eyni zamanda, Rusiya bu tip razılaşmalarla Ermənistanı daha sıx özünə bağlayır və onun nə vaxtsa ovcundan uçub  Qərbə tərəf getməsinin önünü möhkəm-möhkəm tıxayır. Bizdə hələ də Ermənistanın Rusiyanın Qafqaz və Yaxın Şərq siyasəti baxımından nə qədər böyük strateji əhəmiyyətə malik məntəqə olduğunu anlamayanlar var.”Xatirladaq ki, “Armenpress”in verdiyi məlumata görə, belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

NÜŞABƏ
TİA.AZ