“Alen Simonyanın COP29 zamanı sülh müqaviləsi imzalamasına hazır olmaları ilə bağlı açıqlamasının mahiyyəti budur ki, rəsmi İrəvan Bakıya öz növbəsində sülh müqaviləsi kimi “satıla biləcək” istənilən sənədi imzalamağa razılıq verərsə, Bakıya nümayəndə heyəti göndərməyə və sammitin işində konstruktiv iştirak etməyə hazırdır”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər politoloq Benyamin Matevosyana məxsusudur.
Onun sözlərinə görə, Bakıya potensial səfər siyasi aktdır. “Bu, Azərbaycanın son illərdəki hərəkətlərinin legitimləşdirilməsindən başqa bir şey olmayacaq. Üstəlik, söhbət təkcə Qarabağın başına gələnlərdən getmir. Söhbət Ermənistana qarşı hərəkətlərdən gedir”.
Matevosyan hesab edir ki, Ermənistan və Azərbaycanın dinc yanaşı yaşaması, ölkələr arasında sülh həqiqətən yaxşıdır. “Amma özünüzdən soruşun ki, Paşinyanın bacarığı bu sülhü bərqərar etməyə kifayət edirmi?”