Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Tribunainfo.az-a bu sərəncamı necə dəyərləndirirsiniz? sorğusuna açıqlama verən politoloq Natiq Miri bildirdi ki, prezidentin bu sərəncamı Azərbaycanda, regionda yaranan yeni reallıqlara ayaq uyğunlaşdırmaqdır. Çünki bilirsiniz ki, yeni reallıqlar yaranıb. Azərbaycan 2018-ci ildən fərqli olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.
Politoloqun sözlərinə görə, bütün ərazilərdə suveren hüquqlarını bərqərar edib. Bu konteksdə əlbəttə ki, bu reallıqları nəzərə alan və bundan doğan bəzi məsələlər var ki, onların həyata keçirilməsinə ehtiyac var. Bu da yeni vəziyyət, yeni stuasiya deməkdir. Buna görə də Azərbaycanda baş verə biləcək kompleks dəyişikliklərin baş verə biləcək ehtimalını artıq söyləmək olar.
“Əgər söhbət növbədənkənar prezident seçkilərindən gedirsə, bu o deməkdir ki, Azərbaycanın indiki vəziyyətə uyğunlaşaraq həm dövlətin güclənməsi həm də tam olaraq təhlükəsizliyini təmin etmək üçün qlobal və regional səviyyədə baş verən bir çox çağırışlara adekvat cavab kimi də düşünmək olar. Çünki indiki vəziyyət, indiki reallıqları qəbul etməyən qlobal güclər var. Və son baş verən hadisələr və Azərbaycanda ifşa olunmuş bəzi məsələlər onu göstərir ki, bəli, Azərbaycanda ictimai-siyasi vəziyyəti yenidən gərginləşdirmək, yeni bir xaos yaratmaq istəyən güclər var. Azərbaycana qarşı ən azından qərb dünyasında ard-arda baş verən anti-Azərbaycan prosesləri də bunu deməyə əsas verir. Bir tərəfdə media vasitəsilə Azərbaycan əleyhinə fikir formalaşdırılır. Başqa bir tərəfdən beynəlxalq strukturlar səviyyəsində Azərbaycan əleyhinə qərar və qətnamələr qəbul edilir. Eyni zamanda qərb dünyasının bəzi siyasi liderləri səviyyəsində Azərbaycana yönəlik yalanlar, böhtanlar yağdırılır ki, bütün bunların hamısı təzyiq mexanizmi olaraq düşünülməlidir.
Buna görə də bütün bu çağırışlara, risk amillərinə qarşılıq olaraq indiki vəziyyətdə Azərbaycanda növbəti növbədənkənar prezident seçkiləri bəyan etməklə uzunmüddətli yeni bir hakimiyyətin formalaşmasına imkan yaradıldı. Və bu da möhkəm hakimiyyət, güclü Azərbaycan dövlətinə yol açacaq bir məsələdir. Yəni, dolayısı ilə bəzi qlobal şəbəkələrin Azərbaycanda xaos yaratmaq fikri demək olar ki, bununla da suya düşmüş olacaq.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi problemi tamamilə həllini tapandan sonra Azərbaycanın özündə, həm dövlətdə həm də cəmiyyətdə cəmiyyətin açılmasına ehtiyac var. Bu yöndə yeni idarəetmə sistemi formalaşdırılmalıdır. Bunun bəzi təzahürləri artıq işğaldan azad olunmuş Qarabağ ərazilərində görünür. Yəni, artıq fikir verirsinizsə prezident nümayəndəliyinin fəaliyyətilə bağlı Qarabağda, Şərqi Zəngəzurda konkret mexanizlərin həyata keçirildiyini görürük. Doğrudur, bu hələlik oturuşmuş bir sistem deyil. Ancaq ən azından bir sınaqdır. Və bu model effekt verdiyi təqdirdə gələcək perspektivdə Azərbaycanda bu yeni idarəetmə forması bütün Azərbaycan ərazisinə siraət edə bilər. Buna görə də indiki vəziyyətdə Azərbaycanın bir çox dəyiikliklərə hamilə olduğunu demək olar. Növbədənkənar prezident seçkilərinin ortaya çıxma səbəbləri də məhz buradan qaynaqlanır. Dəyişikliyə ehtiyac var çünki yeni vəziyyət, yeni reallıqlar, yeni situasiya yaranıb. Qlobal səviyyədə dünyanın yenidən şəkilləndirilməsi prosesini biz izləyirik. Eyni zamanda həm regional həm qlobal səviyyədə çox ciddi çağırışlar mövcuddur. Doğrudur, bu çağırışlar birbaşa Azərbaycana təsir etməsə də bunu nəzərə almamaq yalnış olardı. Azərbaycan bir dövlət siyasəti olaraq və gələcəyə əmin olaraq yürümək üçün yeni birliyə güc mərkəzlərinə yeni ittifaqa ehtiyacı var ki, bu hədəfdə Türk Dövlətlər Birliyidir. Bu konteksdə bilirsiniz ki, çox sürətlə bütün sahələr üzrə inteqrasiya prosesi gedir. Bir tərəfdə qardaş Türkiyə ilə strateji müttəfiqlik müqaviləsinin imzalanması digər tərəfdə dünyada gələcəkdə yeni qlobal güc mərkəzi Türk Dövlətlər Birliyi kimi yeni qlobal güc mərkəzi iddiasının ortalığa qoyulması göstərir ki, Azərbaycan da gələcəkdə dünyanın idarə olunmasında birlik olaraq çıxış etmək istəyir. Yəni, Türk Dövlətlər Birliyi kontekstində bir güc mərkəzi yaratmaqla həm ayaqda durmağı bacarmaq həm də dünyanı idarə edəcək güc mərkəzlərindən biri olmaq iddiasını ortaya qoyub. Və bütün bunların fonunda Azərbaycanda təcili dəyişikliyə ehtiyac var idimi? Bəli, buna görə də mən bu qərarı zamanında doğru sayılmış bir qərar hesab edirəm. Və düşünürəm ki, bu bir başlanğıcdır. Bu yeni dəyişikliyin bir başlanğıcıdır. Bütövlükdə, qlobal səviyyədə baş verən proseslərə bir başlanğıcdır. Düşünürəm ki, bu başlanğıcı gələcəyə doğru müsbət anlamda daşıya bilsək bu Azərbaycanın müsbət mənada bir güc olaraq, dövlət olaraq prespektivini müəyyənləşdirəcək”.