POLİTOLOQ: “MÜHARİBƏ YOLU DAHA REAL GÖRÜNÜR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan bir dövlət kimi onsuz da mövcud deyil. Dövlətin mühüm xüsusiyyətləri var. Ermənistana baxdıqda onların müstəqil olmamaları açıq aşkar görünür. 

Ermənistan bir dövlət kimi onsuz da mövcud deyil. Dövlətin mühüm xüsusiyyətləri var. Ermənistana baxdıqda onların müstəqil olmamaları açıq aşkar görünür.

Bu sözləri TİA.AZ-a Ermənistanın Rusiyadan yeni silahlar almaq üçün kredit götürəcəyinə dair məsələyə münasibətini bildirərkən politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, bu dövlətə onsuz da mütəmadi olaraq silahlar göndərilir:

“Təbii ki, biz düşmənin hər hansı qüvvələr tərəfindən dəstəklənməsini qəbul edə bilmərik. Ermənistanın son zamanlar münaqişə ilə bağlı ortaya qoyduğu hərəkətlər bizim səbrimizi tükədib. Belə olan halda münaqişəni sülh yolu ilə deyil, mübaribə yolu ilə həlli daha real görünür. Təbii ki, ermənilər də başa düşürlər ki, Azərbaycan ordusu onları parçalamağa qadirdir. Buna görə də narahatlıq içindədirlər. Lakin kimlərəsə sığınaraq, öz məkrli siyasətlərindən əl çəkmirlər”.


İlahə