Müəyyən mənada Ermənistan artıq KTMT-nin real hissəsi deyil.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə politoloq Aleksandr İskəndəryan bildirib.
Ermənistanın yaxın gələcəkdə Təşkilatı tərk edib-etməyəcəyi ilə bağlı sualı şərh edən İsgəndəryan qeyd edib: “Bunun nə fərqi var? Müəyyən mənada Ermənistan artıq KTMT-nin real hissəsi deyil. Ermənistan KTMT-nin işində iştirak etmir. Baş nazir KTMT ilə münasibətlərin dondurulduğunu bəyan edəndə, bununla bağlı niyyətini bildirməyib. O, bir fakt dedi”.
“Trigger” verilişində çıxış edən politoloq qeyd edib ki, reallıqda Ermənistanla KTMT arasında mövcud münasibətləri artıq böhran adlandırmaq da olmaz. Onun sözlərinə görə, indiki reallıqlar bir şeyi ifadə edir: Ermənistanın KTMT-nin real üzvü olmaq üçün dəqiq səylərə ehtiyacı var. “Belə bir şəraitdə Ermənistanın KTMT-nin formal üzvü kimi qalıb-qalmaması, Ermənistanın və ya digər ölkələrin MDB-yə üzvlüyü qədər önəmlidir”, – politoloq hesab edir.
Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxsa, bu təşkilatın işi baxımından və Ermənistanda təhlükəsizlik vəziyyəti baxımından heç nə dəyişməyəcək. Lakin bu, Ermənistan tərəfindən bir növ “simvol”, “çağırış”, “bəyanat”a çevriləcək. Onun sözlərinə görə, bu addım konkret siyasi məqam yarananda və çağırış kimi atıla bilər. Bununla yanaşı, İsgəndəryan Ermənistanın yaxın gələcəkdə belə bir addım atacağına şübhə edir.